Gürcüstanda koronavirusa yoluxanların sayı 250-ni ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 252 nəfərə çatıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

COVID-19 infeksiyasına yoluxanların 60-ı sağalıb, 3-ü isə ölüb.

Karantində 4 929, stasionar nəzarətdə isə 405 nəfər saxlanılır.

Qonşu ölkədə Türkiyə və Ermənistanda koronavirusa yoluxan üç Gürcüstan vətəndaşı da müalicə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...