Gürcüstanda koronavirusa yoluxanların sayı 242 nəfərdir

Gürcüstanda koronavirusa yoluxanların sayında artım müşahidə olunur.

SİA xəbər verir ki, bu barədə Gürcüstanın rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, hazırda Gürcüstanda 242 nəfər koronavirusa yoluxan var. Bundan başqa, koronavirusa xaricdə yoluxmuş daha 3 nəfər ölkəyə gətirilib.

Hazırda Gürcüstanda 4856 nəfər karantində, 370 nəfər stasionar nəzarətdə saxlanılır. Ölkədə COVID-19 virusuna yoluxmuş 242 nəfərdən 60-ı müalicə olunub, 3 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə