Təyyarələrdən atmosferə atılan tullantıların miqdarı 30 faizdən çox azalıb

Koronavirus pandemiyasının nəticəsi olaraq aviauçuşların kütləvi dayandırılması dünya üzrə təyyarələrdən atmosferə atılan tullantıların miqdarını 30 faizdən çox azaldıb.

SİA xəbər verir ki, bu ilin martında uçuşlara dair qlobal məlumatları təhlil edən Financial Times nəşri belə bir nəticəyə gəlib.

Qəzetin şənbə günü dərc etdiyi məqalədə qeyd olunur ki, hava gəmilərinin vəziyyətini real rejimdə izləyən FlightRadar24 veb-servisindəki 6 milyon uçuş barədə məlumatları öyrənən jurnalistlər dünyada bir milyona yaxın aviareysin ləğv olunduğunu hesablayıblar. Nəticədə atmosferə 28 milyon ton karbon dioksidi atılmayıb. Bu da tullantıların ötən ilin martına nisbətən 31 faiz azalması deməkdir.

Bununla yanaşı, mart ayının son həftəsində Böyük Britaniya, Honkonq, yaxud İsveçrə kimi dünya aviasiya qovşaqlarının yükü 90 faiz azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...