Festival ləğv edildi koronavirusa görə

Festival ləğv edildi koronavirusa görə

ABŞ-ın Nevada əyalətində Nevadadakı "Burning Man" Festivalı koronavirus səbəbiylə ləğv edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat veriblər.

Onların məlumatına görə, bu il ənənəvi Qara Rok şəhəri səhrada qurulmayacaq. Təşkilatçılar şəhərin onlayn şəkildə yenidən qurulmasını təklif ediblər.
Təşkilatçılar iştirakçılara biletlərinin geri qaytarılacağını söyləyiblər, lakin layihənin dəstəklənməsi üçün vəsaitin bir hissəsini bağışlamağı da xahiş ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə