Qadağanın tətbiq edildiyi əyalətlərdə insanların bütün ehtiyacları qarşılanır... - Türkiyədə

Xəbər verdiyimiz kimi, böyük şəhərlər də daxil olmaqla Türkiyənin 31 əyalətində bu gündən etibarən iki gün küçəyə çıxmaq qadağan edilib. SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən qadağanın tətbiq edildiyi bütün əyalətlərdə vətəndaşların heç bir problem yaşamaması və ehtiyaclarının qarşılanması üçün işlər gücləndirilib. Bu çərçivədə çörək istehsalı müəssisələri istehsala davam edərkən, bu müəssisələrin işçiləri və Vəfa Sosial Dəstək Qrupları ehtiyacı olan vətəndaşların evlərinə çörək paylayıb.
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...