Yunanıstanda bir qaraçı kampı karantinə alınıb - Covid-19

Yunanıstanda koronavirusla mübarizə çərçivəsində, qaraçıların yaşadığı bir düşərgə ərazisi iki həftə boyunca karantindədir. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir

Afinadan 354 kilometr məsafədə yerləşən Nea Smyrni düşərgəsində təxminən 10 nəfərin Covid-19-a yoluxduğu bildirilib.

Yerli səlahiyyətlilərdən Costas Agorastos sınaqların karantin altındakı ərazidə aparılacağını bildirib.

11 milyon əhalisi olan Yunanıstanda bu günə qədər 955 koronavirus hadisəsi təsbit edilib və 86 adam ölüb. 79 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Yunanıstan hökuməti insanların səyahət etməməsi üçün yollarda və limanlarda nəzarəti sərtləşdirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...