BBC-nin jurnalisti özünü öldürüb?

Jurnalistlər arasında populyar olan BBC teleradiokampaniyasının prodüsseri, Qobbi (Gobby) ləqəbli Pol Lambert (Paul Lambert) 61 yaşında ölüb. SİA xəbər verir ki, bu barədə mediaşirkətin saytı məlumat yayıb.

Bildirilir ki, media adamı tamaşaçılar arasında Böyük Britaniyanın baş nazirlik və hökumət binaları qarşısında məmurlara gözlənilməz suallar verməsi və küçələrdə siyasətçilərdən müsahibələr alması ilə sevilib. Onun səs-sədası davamlı olaraq televerilşlərdə eşidilib və bir çox hallarda tanınmış siyasətçilər Lambertlə görüşərək, onun suallarını cavablandırıblar. Qobbi ləqəbi isə ona səs tonunun yüksəkliyi və hər zaman eşidilən olmasına görə verilib.

BBC-də işləyənə qədər Qobbi elektrik olub. Televiziyadakı karyerasını qurana qədər, jurnalist prodüsserliyə qədər yüksəlib. O, Birləşmiş krallığın müstəqillik partiyasının (UKIP) ictimaiyyətlə əlaqələr üzrə direktoru olmaq üçün 2014-cü ildə teleradioşirkətdən ayrılıb. Daily Mail nəşrinin yazdığına görə, isə, jurnalist özünü öldürüb.

BBC-dəki bir çox həmkarları, işi ilə bağlı təmasda olduğu siyasilər, eləcə də UKIP-də olan dostları Lambertin ölümü ilə bağlı məyus olduqlarını bildiriblər. Belə ki, BBC-nin jurnalisti Ceyms Lendeyl (James Landale) Qobbini BBC-nin əfsanəsi və mediabiznesdə çəkilişlərin ən yaxşı adamı adlandırıb.

UKIP-in rəhbəri Naydjel Fərəc qeyd edib ki, o Lambertin ölümündən möhkəm kədərlənib. “O, birgə işdə və şəxsi həyatda unikal insan olub”, britaniyalı siyasətçi bildirib.

Qeyd olunur ki, buna qədər BBC-nin daha bir məşhur siması, televiziya və radio aparıcısı və aktyor Nikolas Parsons (Nicholas Parsons) yanvar ayında 96 yaşında vəfat edib. Onun BBC radiosunun ən qocaman aparıcısı olduğu bildirilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə