Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb

ABŞ-ın Johns Hopkins Universitetinin apardığı hesablamalara görə, dünyada koronavirus infeksiyasına yoluxanların sayı 1,6 milyonu keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, universitetin hesablamalarında son məlumatlara görə dünyada COVİD-19-dan ölənlərin sayı 95,699 nəfər olub. Sağalanların sayı isə 355 minə yaxınlaşır.

Bununla yanaşı universitet ÜST-nin COVİD-19 virusu ilə bağlı ilk xəbərdarlığından artıq 100 gün keçdiyini açıqlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə