Türkiyədə koronavirus qurbanlarının sayı 908 nəfərə çatıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) daha 96 nəfər vəfat edib.

SİA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, xəstəlik qurbanlarının ümumi sayı 908 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 4056 yeni virusa yoluxma halı qeydə alınıb, ümumi yoluxma sayı 42882-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə