Koronavirusa görə dünya xaosu Kissincer

Koronavirusun başlatdığı iqtisadi xaosun nəticələri dünyadakı bütün analitiklərin irəli sürdüklərindən daha dramatik ola bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri öz məqaləsində yazıb.

Məqaləyə görə, bir vaxtlar dünya siyasətini böyük ölçüdə təyin edənlərdən biri, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer, COVID 19-dan sonra dünyanın şübhəsiz eyni şəkildə olmayacağını söyləyib.

"Dünya liderləri 2008-ci ildəki maliyyə böhranından çox şey öyrəniblər. Hazırkı böhran daha mürəkkəbdir: koronavirusun yaratdığı istehsalın konvulsiv azalmasının sürət və miqyas baxımından tarixdə analoqu yoxdur. İnsanlar arasında birbaşa təmasın qadağan olunması kimi ictimai sağlamlığı qorumaq üçün lazımi tədbirlər var. Məktəblərin və müəssisələrin bağlanması və sair bütün bunlar iqtisadi itkilərin ağrısını artırır. Proqramlarımız yaxınlaşan xaosun bəşəriyyətin ən həssas hissələrinə təsirini azaltmalıdır", deyə ABŞ-ın keçmiş dövlət katibi bildirir.

Kissinger böhranın təsirini aradan qaldırmaq üçün əsas addımları təklif edib. Əvvəlcə qeyd edib ki, viruslar barədə anlayışınızı tamamilə dəyişdirmək və qlobal səviyyədə yoluxucu xəstəliklərə qarşı müqaviməti gücləndirmək vacibdir.

Siyasətçinin fikrincə, bunun ardınca "qlobal iqtisadiyyatın yaralarını müalicə etməyə dəyər və ölkələr bunu yalnız birlikdə edə bilərlər".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə