Lazımsız şəkildə evi "tərk etməmək" tövsiyəsi Hubey sakinindən

Ruslara "heç bir halda", tamamilə ehtiyac olmadığı təqdirdə evdən kənara çıxmamaq tövsiyə edilib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, koronavirus epidemiyasının mərkəzinə çevrilən və iki aydan çox müddətə təcrid olunan Hubey əyalətinin bir sakini, RİA Novosti-yə verdiyi müsahibədə bu tövsiyyəni verib.

Xatırladaq ki, bu ilin yanvar ayından bəri, təxminən 60 milyon əhalisi olan Hubei əyaləti demək olar ki, xarici aləmdən təcrid olunub. Qeyd edək ki, yalnız martın 25-də Çin hakimiyyəti ölkənin qalan hissəsi ilə nəqliyyat əlaqələrində məhdudiyyətləri ləğv edib və insanların bölgədən çıxmasına icazə verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə