Aktyor bir milyon dollar bağışlayıb koronavirusla mübarizəyə

Amerikalı aktyor Corc Kluni və həyat yoldaşı Amal Kluni, COVID-19 pandemiyasının qurbanlarına kömək üçün 1 milyon dollardan çox pul bağışlayıblar. SİA RİA Novostidə yayımlanan məlumata əsasən xəbər verir ki, bu barədə Qazeta.ru “Deadline”-a istinadən məlumat yayıb.

Məlumata görə, təxminən 300 min dollar Britaniya milli səhiyyə sisteminin ehtiyaclarına, Livandakı xeyriyyəçi qida fonduna, həmçinin İtaliyanın Lombardiya xəstəxanalarına dəstək üçündür. Digər 500 min dollar isə Motion Picture and Television xeyriyyə fonduna və Amerika aktyorlarını birləşdirən həmkarlar ittifaqı təşkilatına nəzərdə tutulub. Qalan vəsaiti, Kluni və həyat yoldaşı Los Angeles Mayors Vəqfinə tibb işçilərinə, evsizlərə və pandemiyadan təsirlənən qocalara kömək məqsədi ilədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə