Koronavirusdan sağ qalan ən yaşlı insan

Hollandiyadan olan 107 yaşında bir qadın, yeni bir növ koronavirus xəstəliyinə düçar olan və sağalan dünyanın ən yaşlı insanı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “NL Times” qəzeti Dünya Səhiyyə Təşkilatının nümayəndəsinə istinadən məlumata yayıb.

Məlumata görə, Cənubi Hollandiya əyalətindəki Qure-Overflakke adasından olan Kornelia Ras, mart ayının ortalarında bir qocalar evində kilsə xidməti zamanı koronavirusa yoluxub. Bu bazar ertəsi günü xəstəliyin olmaması haqqında bir arayış alıb.

"Bundan yaşlı bir xəstə haqqında heç bir məlumat almadıq", deyə nəşr ÜST sözçüsünə istinadən bildirib. Eyni zamanda, bəzi sağalmış xəstələrin yaşının məlum olmadığını da əlavə edib, bildirilib ki, "hətta bu vəziyyətdə onun ən yaşlı olma ehtimalı var."

Xatırladaq ki, bir müddət əvvəl 104 yaşlı bir xəstənin ABŞ-ın Oreqon əyalətində koronavirusdan sağaldığı bildirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə