Şimali Koreya koronavirusla mübarizə üçün Nano örtüklü maskalar hazırlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, maskaların istehsalında, havadakı müxtəlif bakteriya və virusları məhv etməyə qadir olan xüsusi bir dərman ilə örtülmüş qat yerləşdirilib. Bu maskaları hazırlayanların sözlərinə görə, yeni maskalar virusların incə tozlarının insan orqanizminə daxil olmasının qarşısını alır və nəfəs almağı asanlaşdırır. Məhsul ÜST tərəfindən tanınan maskaların texniki xüsusiyyətlərinə cavab verir.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının sözlərinə görə, dünyada 1,35 milyondan çox koronavirus infeksiyası hadisəsi qeydə alınıb, 79,2 mindən çox insan isə həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə