İtaliyanın limanlarını bağlamaq qərarına - REAKSİYA

Aralıq dənizindəki mühacirlərə yardımlarını uzatmış bir çox qeyri-hökumət təşkilatı İtaliya hökumətinin limanları koronavirusla mübarizə kontekstində bağlamaq qərarına reaksiya göstərib. SİA bunu xarici mətbuata istinadən xəbər verir.

Çərşənbə axşamı hökumət bu günə qədər 17 min 500 insanın ölümünə səbəb olan koronavirus səbəbiylə "təhlükəsiz bölgə" olmadığını açıqlayıb. Vətəndaş cəmiyyəti təşkilatının səlahiyyətliləri koronavirus böhranını bəhanə olaraq göstərib mühacirlərin ölkəyə girişinə icazə verilməyəcəyi fikrini müdafiə edib.

Medecins sans frontières (MSF), Saving Humans Mediterranea, Sea-Watch və Open Arms Qeyri-hökumət təşkilatları, Romanın səhiyyə böhranından faydalanaraq qaçqınlar üçün qapılarını bağladığını söyləyib.

Sözü gedən təşkilatlar, "Bütün canlar qurtarılmalı, həm dənizdə, həm də quruda ehtiyacı olan bütün insanlara kömək edilməlidir. Bunu etmək lazımdır" kimi ifadələrə yer veriblər.

Xatırladaq ki, İtaliya hökuməti yanvar ayından bəri ən azı 3 min sığınacaq axtaran şəxsin İtaliyaya gəldiyini açıqlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə