Covid-19 4 milyard insanı yoxsullaşdıra bilər - Oxfam

İngiltərədə fəaliyyət göstərən Oxfam xeyriyyə şirkəti, koronavirus epidemiyasından sonra dünyada baş verən tənəzzül səbəbindən təxminən bir milyard insanın yoxsulluq həddində yaşaya biləcəyini açıqlayıb. SİA-nın məlumatına görə, agentlik hazırki böhranın 2008-ci ildəki iqtisadi böhrandan daha pis olduğunu açıqlayıb.

Dünyadakı aclıq və yoxsulluqla mübarizə məqsədilə 19 fərqli təməli bir araya gətirən Oxfam, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) illik toplantısından bir həftə əvvəl Covid 19 böhranı haqqında bir hesabat yayımlayıb.

Buna görə, dünyada gündəlik 1.90 dollardan aşağı qazanan və "ifrat kasıb" olaraq təyin olunan 434 milyon insan sayının 922 milyona çatacağı qeyd olunur. Bundan əlavə, yoxsulluq həddi olaraq qəbul edilən və gündə 5.50 dollardan aşağı pul qazanan insanların sayının 548 milyondan 4 milyarda qədər artacağı ifadə edilir.

Hesabatda 1990-cı ildən bəri ilk dəfə dünyada yoxsulluq səviyyəsinin bu dərəcəni arta biləcəyi və sosial hüququ olmayan və inkişaf etməmiş ölkələrdə qeyri-rəsmi işləyən qadınların bundan daha çox təsirlənəcəyi bildirilib.

Oxfam-ın məlumatına görə, dünyada 2 milyard işçinin qeyri-rəsmi çalışdığı və bu insanların xəstəlik məzuniyyəti, sığorta və sosial təminatları olmadığı bildirilir.

Hesabatda bu vəziyyətdən çıxmaq üçün inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrə dəstək olmaq üçün ən azı 2,5 trilyon dolların təkrar emal edilməli olduğu vurğulanıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...