The Telegraph Trampın ÜST-ü tənqid etməsini dəstəkləyib İİTTİHAM

Britaniyanın The Telegraph qəzetinin jurnalisti Kristofer Snoudon ABŞ prezidenti Donald Trampın koronavirus pandemiyası ətrafında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid edən fikirlərini dəstəkləyib. SİA xəbər verir ki, o öz məqaləsində ÜST-ün fəaliyyətini tənqid edərək ehtimal edib ki, əgər bu beynəlxalq təşkilatda korrupsiya yoxdursa, bu zaman oraya düşüncələrini itirmiş insanlar rəhbərlik edirlər.

Snoudonun sözlərinə görə, ÜST ya öz fəaliyyətini dayandırmalıdır, ya da təşkilatın islahatlarına ehtiyac yaranıb. Belə ki, jurnalistə görə, ÜST dünyadakı koronavirus böhranı ilə bağlı tənqidlə ilk dəfədir qarşı-qarşıya gəlmir. Britaniyalı jurnalist fikirlərini belə şərh edib ki, yanvarın ortasında, koronavurusun Çinin Uhan şəhərində tapılmasından təxminən altı həftə sonra ÜST bir neçə dəfə Çin tərəfinin həqiqəti əks etdirməyən bəyanatını təsdiqləyib. Həmin vaxt bildirilirdi ki, virus insandan-insana keçmir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun ÜST-ün büdcəsinə yatırımların dayandırılmasına baxdığını bəyan edib. Buna bir gün əvvələ qədər isə, amerikalı lider təşkilata qarşı sərt tənqidlərlə çıxış edib. O, xüsusilə bildirib ki, ÜSTözünü tamamilə itirib.

“Hansısa səbəbdən o bütün diqqətini Çinə ayırır, halbuki təşkilatın böyük hissəsini məhz ABŞ maliyyələşdirir”, Tramp Twitter-dəki səhifəsində yazıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...