Yəməndə iki həftəlik atəşkəs elan edildi "KORONAYA" GÖRƏ

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəməndə iki həftəlik atəşkəs elan edib. Bunun səbəbi yeni növ koronavirusun pandemiya halına gəlməsidir.

“Biz COVID-19-a qarşı mübarizəyə hazırlaşırıq”, deyə koalisiyanın nümayəndəsi bildirib.

Atəşkəs aprelin 9-u səhər saatlarından qüvvəyə minməlidir. SİA xəbər verir ki, bu barədə almanların Doyçe velle nəşri yazır.

Maraqlıdır ki, üsyançı husilər hələ bu təşəbbüsə ictimai reaksiya verməyiblər. Lakin bundan əvvəl Yəmən münaqişəsinin bütün tərəfləri BMT-nin baş katibi Antonio Quterrişin əhalinin koronavirus pandemiyasından qorunması üçün atəşəin dayandırılması çağırışını dəstəkləyiblər.

Hazırkı vaxta qədər Yəməndə bir dənə də olsun koronavirusa yoluxma halı qeydə alınmayıb. Uzun müddətdir ki, davam edən hərbi əməliyyatlar nəticəsində ölkənin səhiyyə sahəsi demək olar ki. Dağılıb. Ekspertlər isə Yəməndə pandemiyanın yayılmasının fəlakətə səbəb olacağından ehtiyat etdiklərini bildirirlər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə