Tayvan və ÜST arasındakı gərginlik

Dünyaya yayılan Covid-19 epidemiyası siyasi gərginliklərə də yol açıb. Tayvan Xarici İşlər Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesusun ittihamlara görə ölkəsindən üzr istəməsi gərəkdiyini ciddi şəkildə müdafiə edib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, T.Ghebreyesus çərşənbə günü mətbuat konfransında verdiyi açıqlamasında epidemiyanın başlamasından bu yana Tayvandan ölüm təhdidlərinə qədər çatan irqçi hücumlarına məruz qaldığını söyləyib, Tayvan hökumətinin bu məsələdən xəbəri olmasına baxmayaraq bu hücumlara göz yummaqda günahlandırıb.

Tayvan Xarici İşlər Nazirliyi ÜST sədrinin "əsassız iddialarına aydınlıq gətirməli və dərhal ölkədən üzr istəməli olduğunu" açıqlayıb.

Açıqlamada "Tayvanda 23 milyon əhalisi olan xalqın beynəlxalq səhiyyə sisteminin ayrı-seçkiliyinə məruz qaldığını" və "hər cür ayrıseçkilik və ədalətsizlik qınanıldığı" deyilib.

ÜST-də Tayvan üçün Çin maneəsi

Efiopiyanın keçmiş səhiyyə və xarici işlər naziri T.Ghebreyesus Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) beş daimi üzvündən biri olan Çinin dəstəyi ilə vəzifəyə başlayıb. Tayvanı öz torpağı hesab edən Çin eyni zamanda ölkənin BMT və ÜST-dəki iştirakına mane olub və Dünya Səhiyyə Assambleyasında müşahidəçi statusunu ləğv edib.

Çinə yaxın olmasına, həmçinin iki ölkə arasında sərnişin daşımalarına baxmayaraq Tayvanda cəmi 379 yoluxma halının baş verdiyi və 5 nəfərin öldüyü bildirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə