Tramp: "ABŞ razılaşdırılmış neft hasilatının azaldılmasına yol verməyəcək"

ABŞ dünya bazarının digər iştirakçıları ilə razılaşdırılmış neft hasilatının azaldılmasına yol verməyəcək. SİA

“TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Prezidenti Donald Tramp deyib.

“Düşünmürəm... Qulaq asın, biz artıq azaltmışıq, biz bazara istiqamətlənmişik. Onlar (ABŞ istehsalçıları – Red.) avtomatik olaraq artıq istehsal həcmlərini azaldıblar”, - deyə amerikalı lider OPEC+ formatında qarşıdakı məsləhətləşmələrlə əlaqədar ABŞ-ın başqaları ilə razılaşdırılmış neft hasilatının azaldılmasında iştirak etməyə hazır olub-olmaması ilə bağlı sualın cavabında bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə