Türkiyədə 156 yaşayış məntəqəsində karantin rejiminin tətbiqinə başlanılıb

Dünən yerli vaxtla saat 16:00-dan (Bakı vaxtı ilə 18:00) Türkiyədə 156 yaşayış məntəqəsində karantin rejiminin tətbiqinə başlanılıb.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Ddaxili İşlər Nazirliyi məlumat yazıb.

Nazirliyin yazılı açıqlamasında bildirilib ki, Türkiyənin 45 vilayətində - 2 rayon mərkəzi, 6 qəsəbə, 92 kənd, 47 məhəllə və 9 yaylaq yerindəki yaşayış sahələri karantinə alınıb. 5 vilayətdəki 6 yaşayış məntəqəsində isə karantin tətbiqi ləğv olunub.

"Bu tədbirlər yeni növ koronavirus infeksiyasının yayılaraq vətəndaşlarımızın həyatında təhlükə yaratmaması üçündür. Özününütəcrid prinsiplərinə əməl edin", - deyə açıqlamada bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə