Türkiyədə koronavirusdan dünyasını dəyişənlərin ümumi sayı 812 nəfərə çatıb

Yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 87 nəfərin həyatına son qoyub. Bununla da dünyasını dəyişənlərin ümumi sayı 812 nəfərə çatıb.

SİA Türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, aprelin 8-də ölkə üzrə 24 min 900 nəfər xüsusi tibbi yoxlamadan keçirilib. Onlardan 4117 nəfərində infeksiya aşkarlanıb. İndiyədək testdən keçirilənlərin sayı 247 min 768 nəfərə çatıb. Onlardan 38 min 226 nəfəri müalicəyə cəlb olunub. Hazırda 1492 nəfər reanimasiyadadır. İndiyə qədər 1846 nəfərin müalicəsi uğurlu olub. Bu gün 264 nəfər tam sağalaraq xəstəxanaları tərk edib.

Türkiyədə hər gün sağalan xəstələrin ümumi sayı vəfat edənlərdən təxminən 3 dəfə çoxdur. Ölkədə koronavirusdan ilk ölüm halı martın 17-da qeydə alınıb. Həmin tarixdən bu günə qədər yoluxma və ölüm hallarında azalma yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə