"ÜST-ə verdiyimiz vəsaiti dayandıracağıq" - Tramp

ABŞ prezidenti Donald Tramp yeni növ koronavirusun (SARS-CoV-2) səbəb olduğu Covid-19 epidemiyasında "Çin tərəfdarı" olaraq günahlandırdığı Ümumdünya Səhiyyə Təşkilatına verdikləri vəsaitin dayandırılması barədə düşündüklərini açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Tramp Covid-19 İş Qrupunun Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında danışıb.

Nitqinə "Bu həftə çox ağrılı olacaq, bir canavarla mübarizə aparırıq" deyərək başlayan Tramp virusla hər cəbhədə mübarizə apardıqlarını qeyd edib. ÜST-nın bəzi çağırışlara gecikdiyini bildirən Tramp, təşkilatın ABŞ-ın Çinə səyahət qadağasına da qarşı olduğunu xatırladıb.

Qurumun "Çin yönümlü" işlədiyini bildirən Tramp, "ÜST" əməliyyatına bir nəzər salacağıq. Ancaq ÜST-ə ayırdığımız vəsaitləri böyük ölçüdə azaladacağıq deyə bildirib. Jurnalistlər bu istiqamətdə suallarını dayanmadan təkrarlaması ilə Tramp-ın tonu yumşalıb və deyib: "Bunu qətiliklə edəcəyimizi söyləmirəm, amma bunu etməyi düşünəcəyik", deyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə