Dünyada ən çox fərdi yardımı Twitter-in sahibi verdi 1 milyard dollar

Twitter şirkətinin təsisçisi və baş direktoru Cek Dorsi koronavirusla mübarizəyə 1 milyard dollar yardım edib. SİA xəbər verir ki, bu barədə o, özü sosial şəbəkə səhifəsində yazıb.

Dorsinin sözlərinə görə, bu məbləğ onun varidatının 28%-ni əhatə edir. “Pandemiya geridə qalandan sonra, yerdə qalan vəsait qız uşaqlarının təhsillərinə və sağlamlıqlarına yönləndiriləcək”.

Dorsi vurğulayıb ki, onun yardımı publik xarakter daşıyır: “Mən hesab edirəm ki, öz işimi göstərməliyəm. Ona görə ki, mən və başqaları bu kimi məsələlərdə nə isə öyrənməliyik”.

Dorsinin gəliri ümumilikdə 3,9 milyard dollar təşkil edir. "The Times"-in yazdığına görə, onun yardımı dünyada ən çox verilən yardımdır. Belə ki, dünyanın ən varlı adamı Ceff Bezos koronavirusla mübarizəyə 100 milyon dollar yardım edib. Eyni zamanda bu qədər məbləği vaksinin tapılması üçün görülən işlərə, eləcə də Bill və Melində Qeytslərin infeksiya ilə mübarizə məqsədi, həmçinin xəstələrin izolyasiyası üçün yaradılan Fondlarına köçürüb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə