İlk qurbanın koronavirusa yoluxma təfərrüatları mediada

Kütləvi informasiya vasitələrində koronavirusun ilk qurbanının yoluxmasının təfərrüatları izah edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" rəsmi hökumət məlumatlarına əsasən, koronavirusun ilk qurbanı haqqında məlumat yayıb.

Məlumatda qeyd edildiyi kimi, COVID-19 xəstəliyindən əziyyət çəkən ilk xəstə noyabrın 17-də qeydə alınıb. Ancaq Ümumdünya Səhiyyə Təşkilatına görə, Çində ilk təsdiqlənmiş xəstəlik 8 dekabrda qeydə alınıb.
İlk qurban Çindən gələn 55 yaşlı bir xəstə olub. Qeyd edildiyi kimi, koronavirus "noyabr ayında yarasadan yoluxma" ola bilər.
Hesabatda bu tarixdən etibarən hər gün birdən beşə qədər yeni halın qeydə alındığı bildirilib. Dekabrın 15-nə qədər infeksiyanın ümumi sayı 27 olub. İlk cüt rəqəmli gündəlik artım 17 dekabrda qeydə alınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...