Türkiyədə 4,4 milyon ailənin hər birinə 140 dollar ödəniləcək

Türkiyə hökuməti yardım alan aztəminatlı ailələrin sayını artırıb. Bu qəbildən olan ailələrə 1000 türk lirəsi (təxminən 140 ABŞ dolları) məbləğində pul ödəniləcək.

SİA xəbər verir ki, bunu Xəzinə və Maliyyə naziri Berak Albayrak söyləyib. Nazir bildirib ki, əvvəl 2,1 milyon ailəni nəzərdə tutan bu yardım paketi 2,3 milyon artımla 4,4 milyon ailəyə şamil ediləcək. Yardım məbləğinin ödənişi nağd ödəmə yolu ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə