ÜST məhdudiyyəti erkən götürməməyə çağırır

ÜST yeni koronavirus infeksiyasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirləri tezliklə götürməməyə çağırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Kristian Lindmayer bildirib.

Təşkilatın sözçüsü virusun müxtəlif ölkələrdə və bölgələrdə yayılmasının fərqli olduğunu vurğulayıb.

"Buna görə də, dünyanın eyni anda dəyişə biləcəyi və indi hər şeyin bitdiyini söyləyə biləcəyi bir məqam deyil. Bu hər bir ölkə tərəfindən qəbul ediləcək bir qərar olacaq", deyə Kristian Lindmayer qeyd edib.

Lindmayer nəzərə çatdırıb ki, hər bir ölkə bütün riskləri qiymətləndirərək müəyyən məhdudiyyətlərin ləğvi barədə qərar vermə bilər.

Xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) Uhanda naməlum mənşəli sətəlcəm xəstəliyinin baş verdiyini bildirib. Yanvar ayında mütəxəssislər, COVID-19 törədicisinin yeni koronavirus SARS-CoV-2 olduğunu təsbit ediblər. Martın 11-də isə ÜST vəziyyəti pandemiya kimi tanıyıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə