Belarus tədqiqatçıları Minskdə metroda terror aktı törədəni mobil telefon vasitəsilə müəyyən ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayıcı qurğunu hərəkətə gətirməmişdən əvvəl terrorçu mobil telefonla zəng edib. Cinayətkarın fəaliyyəti "Oktyabr" metro stansiyasında müşahidə kameraları tərəfindən qeydə alınıb. Tədqiqatçılar mobil operatorlar vasitəsilə terror zamanı hansı nömrələrə zəng olunduğunu müəyyən ediblər. Bu informasiyanın köməkliyi nəticəsində onlar cinayətkarın şəxsiyyətini öyrənə biliblər.
Video lentdən istifadə edərək tədqiqatçılar həm də şübhəli şəxsin "Frunzen" rayon stansiyasında yaşadığını da müəyyənləşdiriblər. Belə ki, şübhəli şəxs həmin rayonda öz rəfiqəsi və dostu ilə birlikdə icarəyə ev tutub, hansı ki, onlar da terror aktında şübhəlidirlər.
Qeyd edək ki, 11 aprel tarixində " Oktyabr" metro stansiyasında partlayış baş verib. Partlayış nəticəsində 12 nəfər ölüb, 200 nəfər isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB