Çində ilk dəfə: Son 24 saatda Covid-19 ölümü yoxdur

Çində ilk dəfə son 24 saat ərzində yeni koronavirus (Covid-19) səbəbiylə itki olmadığı açıqlanıb. Covid-19-un aşkarlandığı ölkədə virusun yayılması əsasən nəzarət altına alınıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamada bildirilib ki, ölkədəki Covid-19 hadisələrinin sayılmağa başlandığı yanvar ayından bu yana ilk dəfə 24 saat ərzində ölüm halı qeydə alınmadığı deyilib.

Komissiya ayrıca bu gün 32 yeni Covid-19 hadisəsi ilə birlikdə ümumi sayının 81min 740 nəfərə yüksəldiyini və daha 89 nəfərin müalicə edildiyini bildirib.

Mütəxəssislərdən "Üçüncü dalğa xəbərdarlığı"

Çində məhdudiyyətləri ləğv etməyə başlamağın hələ tez olduğunu nəzərə alaraq mütəxəssislər Hong Kongda yeni Covid-19 hadisələrinin görünə biləcəyi barədə xəbərdarlıq ediblər.

Hong Kong yoluxucu xəstəliklər mütəxəssisi Yuen Kwok-yung Çində üçüncü epidemiya dalğasının ola biləcəyinə işarə edərək, Avropa və Amerikada da yeni hallara rast gəlinə biləcəyini ifadə edib.

Epidemiyanın hələ də ciddi olduğunu vurğulayan Yuen, "Bu mərhələ hələ də ümid vəd etmir. Məni ən çox narahat edən şey yüngül simptomları olan xəstələrin qeyri-kafi müayinəsidir ki, bu da xəstəliyin yayılmasını dayandırmağımıza mane ola bilər" deyə qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə