Gürcüstanda koronavirusdan sağalan xəstələrin ümumi sayı 39 nəfərə çatıb

Gürcüstanda koronavirus infeksiyasından sağalan xəstələrin ümumi sayı 39 nəfərə çatıb.

Trend-in məlumatına görə, aprelin 6-da COVID-19-dan üç yeni sağalma halı qeydə alınıb. Hal-hazırda 5056 vətəndaş karantindədir, 386 nəfər həkim nəzarəti altındadır.

stopcov.ge xüsusi hökumət saytından verilən məlumata görə, ümumilikdə 188 nəfər yoluxub. İki xəstə dünyasını dəyişib. 81 və 79 yaşında olan 2 qadın vəfat edib.

Bundan əlavə, xaricdə olan 5 Gürcüstan vətəndaşı xəstəlik nəticəsində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə