Fil Dişi Sahili sakinləri Covid-19 sınaq mərkəzinə hücum ediblər

Fil Dişi Sahilindəki Abidjan şəhərində, inşası davam etdirilən Covid-19 sınaq mərkəzi yerli sakinlərin hücumuna məruz qalıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Ölkənin sənaye mərkəzi kimi tanınan şəhərin Yopougon rayonunda hələ də inşa edilən mərkəzin divarlarını silkələyən izdiham "İstəmirik" kimi şüarlar atıb.

Qəzəbli kütlə test mərkəzinin evlərə yaxın olduğuna görə nümayişlərə başlayıb. Səhiyyə Nazirliyi, Covid-19 xəstələrinin binada müalicə olunmayacağını, yalnız müayinə üçün istifadə ediləcəyini açıqlayıb.

Rəsmi məlumatlara görə, bu günə qədər ölkədə yalnız 261 hadisə görülüb və 3 xəstə ölüb. Səlahiyyətlilər, xəstəliyin yayılmasının qarşısını almaq üçün müalicə imkanlarını artırmağa çalışırlar.

Prezident Alassane Ouattara 23 Martda ölkədə fövqəladə vəziyyət elan edib və Abidjanda karantin tətbiq edilməyə başlanıb.

Məktəb, kilsə və əsas tədarükü təmin etməyən bütün mağazaların bağlandığı ölkədə kollektiv fəaliyyətə də qadağa qoyulub. Səlahiyyətlilər maskalar taxmağı tövsiyə edirlər, lakin bütün ölkədə karantin tətbiq edilməsi hələ gündəmdə deyil

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə