İranda koronavirusa yoluxanların sayı 60 min nəfəri keçib

İranda koronavirus infeksiyasına yoluxan insanların sayı 60.500 nəfərə çatıb ki, bunlardan da 3 739 nəfəri ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın səhiyyə nazirinin müşaviri Əlirəza Vahabzadə məlumat verib.

"Ötən gün ərzində 2274 yeni koronavirus infeksiyası aşkarlanıb. Ümumilikdə yoluxmuşların sayı 60 500 nəfərə çatıb", deyə səhiyyə nazirinin müşaviri Twitterdə bildirib və qeyd edib ki, bunlardan 24 236 nəfəri xəstə sağalıb.
Onun sözlərinə görə, son 24 saat ərzində 136 nəfər həyatını itirib və nəticədə hakimiyyət orqanlarının coronavirus barədə ilk xəbər verdiyi 19 fevral tarixindən bəri qurbanların ümumi sayı 3739 nəfərə çatıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...