Nyu York birjası 1933-cü ildən bəri ilk dəfə ən yüksək artımla bağlanıb

Nyu York birjası yeni növ koronavirusun (Covid-19) iqtisadiyyata mənfi təsirlərinə qarşı atılan addımlarla çərşənbə axşamanı 1933-cü ildən bəri ilk dəfə ən yüksək artımla bağlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Bağlanışda Dow Jones indeksi 2 mindən çox bal toplayaraq 11,33 faiz artaraq 20,697,84 bənd səviyyəsinə yüksəlib. Beləliklə, indeks 1933-cü ildən bəri ən yüksək artımı göstərib.

Xatırladaq ki, Dow Jones indeksinin 15,34 faiz yüksəldiyi 15 mart 1933-cü il Nyu York Birjasının ən yaxşı ticarət günü olaraq qeyd edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...