Koronavirusa yoluxan baş nazir tənəffüs aparatına qoşulur

Süni tənəffüs aparatına qoşulması nəzərdə tutulan COVID-19 xəstəsi Boris Consonun vəziyyəti məlum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin yerli mediasında İngiltərənin baş naziri Boris Consonun koronavirus infeksiyası ilə yoluxduğu və sağlamlıq vəziyyəti ilə bağlı məlumatlar yayılıb.

Bəzi məlumatlara görə, həkimlər onu havalandırma qurğusuna qoşmaq niyyətindədirlər.
Conson əvvəllər təcili olaraq xəstəxanaya yerləşdirilib. Onun koronavirusa yoluxması, 27 mart tarixində məlum olub. Onun sözçüsü baş nazirdə yüksək hərarət olduğunu, lakin öskürmədiyini söyləyib.
Ən son məlumatlara görə, İngiltərədə demək olar ki, 42 min yoluxma hadisəsi aşkar edilib və 4,3 min nəfər isə bu xəstəlikdən ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...