Koronavirusun peyda olması barədə yeni versiya

İngiltərə kəşfiyyatı koronavirusun peyda olmasının yeni bir versiyasını irəli sürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Daily Mail” bildirir.

Bilidirilir ki, bu versiya İngiltərə kəşfiyyatı tərəfindən irəli sürülüb və versiyaya görə, Çin laboratoriyasından bir sızma koronavirus pandemiyasına səbəb olub. Daily Mail yazır ki, eyni zamanda, heyvandan yoluxan infeksiya kimi qeydə alınan ənənəvi versiya da istisna edilmir.

“Daily Mail”-ə görə, Uhanda sızıntının baş verə biləcəyi ən az iki laboratoriya var. Bunlardan biri Viroloji İnstitutu, digəri Uhan Xəstəliklərə Nəzarət Mərkəzidir. Qeyd olunur ki, ikincisində, bitlər də daxil olmaqla heyvanlar üzərində təcrübələr aparılıb.

Bioloji təhlükəsizlik üzrə Amerika mütəxəssisi, professor Riçard Ebraytın sözlərinə görə, o, bu laboratoriyalardakı elm adamlarının heç bir təhlükəsizlik tələblərinə əməl etməyərək virusları necə öyrəndiyini özü müşahidə edib.

Böyük Britaniya və Çinin rəsmi orqanları isə kəşfiyyatın versiyasını qəbul etmirlər.

Xatırladaq ki, Uanda naməlum mənşəli sətəlcəm xəstəliyi barədə Çin Hakimiyyəti

31 dekabr 2019-cu il tarixində Ümumdünya Səhiyyə Təşkilatına bildirib. Yanvar ayında, elm adamları, COVID-19-nin törədicisinin yeni SARS-CoV-2 coronavirus olduğunu təsbit ediblər. Martın 11-də ÜST vəziyyəti pandemiya kimi tanıyıb

Artıq 200 ölkədə 1,2 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 64 mindən çox insan ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə