Şotlandiyanın Baş həkimi ictimai qınağa tab gətirməyərək vəzifəsindən istefa verib

Şotlandiyanın Baş həkimi Ketrin Keldervud ölkədə koronavirusla gərgin mübarizə aparıldığı dönəmdə iki dəfə evinə istirahətə gedərək karantin qaydalarını pozub. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, o, ictimai qınağa tab gətirməyərək vəzifəsindən istefa verib.

Onun ölkənin şərqində yerləşən bağ evindəki istirahət zamanı jurnalistlər tərəfindən çəkilən şəkilləri “The Scottish Sun” nəşrində dərc edilib.

Baş həkimin hərəkətləri böyük qalmaqala səbəb olduğundan istefa ərizəsi yazmağı qərara alıb.

Ölkə başçısı Nikola Sterjen Keldervudu müdafiə etməyə çalışsa da, onun istefası barədə qərar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə