Belarusda koronavirusdan ölənlərin sayı 8-ə çatıb

Belarusda koronavirusdan ölənlərin sayı 8-ə çatıb.

SİA xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 502 nəfərdir. Onlardan 52 nəfər sağalaraq evə buraxılıb.

Məlumata görə, koronavirusdan ölənlərdə xroniki xəstəliklər mövcud olub.

Qeyd edək ki, bir neçə gün öncə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusun pik həddə olduğu barədə açıqlama verib.

Bütün xəbərlər Facebook səhifəmizdə