Liviyanın sabiq baş naziri yeni növ koronavirusdan dünyasını dəyişib

Liviyanın sabiq baş naziri Mahmud Cibril yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

SİA-nın "TASS" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Al Arabiya" telekanalı xəbər verib.

Xatırladaq ki, M.Cibril Liviyanın Keçid Milli Şurasında ilk Baş nazir olub.

Bütün xəbərlər Facebook səhifəmizdə