Almaniyada koronavirusdan 1318 nəfər ölüb

Almaniyada koronavirusdan ölənlərin sayı 1318 olub, 91 314 nəfər isə bu virusa yoluxub. SİA xəbər verir ki, belə bir statistikanı federal əyalətlərdən əldə olunmuş məlumatlar əsasında "FOCUS online" portalı yayıb.

Almaniyada koronavirusun episentri Bavariya hesab olunur. Ondan sonra Şimali Reyn – Vestfaliya və Baden – Vürtemberq gəlir. Ölkədə ümumilikdə 24 mindən insan sağalaraq xəstəxanaları tərk edib.

Son sutka ərzində ölkə ərazisində təxminən 166 nəfər virusun qurbanına çevrilib, təxminən 6 min nəfər virusa yoluxub.

Bütün xəbərlər Facebook səhifəmizdə