Xaricdə koronavirusdan dünyasını dəyişən Türkiyə vətəndaşlarının sayı 156 nəfərə çatıb

Xarici ölkələrdə yeni növ koronavirusdan (COVID-19) dünyasını dəyişən Türkiyə vətəndaşlarının sayı 156 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Nazir bildirib ki, dünyasını dəyişən türkiyəlilərin əlliyə yaxınının cənazəsi ölkəyə gətirilib. Xarici ölkələrdən öz istəyi ilə vətənə dönmək istəyənlərin təxliyəsi və cənazələrin gətirilməsi davam edir.

Aprelin 5-də Səudiyyə Ərəbistanından, növbəti mərhələdə isə İraqdakı vətəndaşların gətirilməsi təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...