Honkonqda 130 polis əməkdaşı COVID-19 infeksiyası ilə əlaqədar karantinə cəlb olunub

Çinin Honkonq xüsusi inzibati bölgəsində çevik polis dəstəsinin 130 əməkdaşı yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantinə cəlb olunub.

SİA xəbər verir ki, inzibati bölgənin Qərbi Koulun rayonunun polis idarəsi həmin bölmədən olan 2 polisin COVID-19-a yoluxması təsdiqlənəndən sonra belə bir qərarın qəbul olunduğunu açıqlayıb. Bundan başqa, naryaddan uzaqlaşdırılan həmin çevik polis bölməsinin bütün əməkdaşlarının COVID-19 testindən keçməsi əmr olunub.

Qeyd edək ki, son məlumata əsasən, Honkonqda koronavirusa yoluxanların sayı 862 nəfərə çatıb. Ölənlərin sayı isə 4-dür.

Bütün xəbərlər Facebook səhifəmizdə