Koronavirusa yoluxanların sayı 55 mini keçib İranda

İranda koronavirusa yoluxmuş insanları sayı 55 min nəfərdən çoxdur, ölənlərin sayı isə 3,4 min nəfərdir. SİA-nın məlumatına görə, İnterfaks xəbər verir ki, bu ölkədə 4,1 minə yaxın yoluxmuş şəxs ağır vəziyyətdədir.

Qeyd olunur ki, ötən son günlər ərzində ölkədə 2560 yeni yoluxma hadisəsi qeydə alınıb. Həmçinin bildirilir ki, 20 min nəfərdən bir qədər az insan sağalıb, onlar artıq xəstəxanalardan buraxılıb.
Xatırladaq ki, dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində naməlum pnevmoniya növü haqqında məlumat verilib. COVID-19-un törədicisi yeni koronavirus SARS-CoV-2 olub. Martın 11-də isə ÜST vəziyyəti pandemiya kimi tanıyıb. Son hesablamalara görə, bu xəstəliyə dünyada demək olar ki, 1,1 milyon insan yoluxub, 58 mindən çox insan isə bu səbəbdən həyatını itirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə