Koronavirusa yoluxan müğənni Pink və oğlu

Müğənni Pink oğlu ilə birlikdə koronavirusa yoluxmasaı barədə danışıb. SİA xəbər verir ki, bu barədə Pink Twitter-də pərəstişkarları ilə bölüşüb.

Amerikalı müğənni Pink, ona koronavirus diaqnozu qoyulduğunu söyləyib. İfaçı, eyni zamanda COVID-19 pandemiyası ilə mübarizədə kömək üçün bir milyon dollar pul köçürüb.
"İki həftə əvvəl, üç yaşlı oğlum Jameson və məndə COVID-19 əlamətləri var idi. Xoşbəxtlikdən, yoxlamada iştirak edən həkimimizin testlər etmə imkanı vardı və testimin nəticəsi müsbət oldu", deyə müğənni qeyd edib.
Bundan sonra müğənni və ailəsi həkimlərin göstərişinə əməl edərək iki həftə evdə qalıblar.
"Bir neçə gün əvvəl ikinci bir test etdik və indi xoşbəxtlikdən nəticə mənfi oldu", deyə Pink bildirib.
ABŞ-da son günlərdə 1,4 mindən çox insan yeni virusun səbəb olduğu COVID-19 xəstəliyindən ölüb. Hazırda ABŞ-da 276995 nəfər koronavirusa yoluxub, 7 406 nəfər ölüb.
Xatırladaq ki, dünyada 1 milyondan çox insan bu xəstəliyə yoluxub, 50 mindən çox insan isə ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...