Sağlam insanların maska ​​taxması tələb olunmur - İngiltərədə

İngiltərə Sağlamlıq və Sosial Baxım Departamenti (DHSC) Covid-19-a qarşı sağlam insanlar üçün maska ​​taxmağı tövsiyə etmədiyini açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Bu qərara səbəb olaraq, səhiyyə şöbəsi maskaların təsirinin epidemiyanın yayılmasını ləngitməsində sübut olunmadığını irəli sürüb.

Açıqlamada, "Ümumiyyətlə xalqın üz maskası taxmasının xəstəliyin yayılmasının qarşısını almaqda müsbət təsir göstərdiyinə dair heç bir dəlil yoxdur" deyilib və epidemiyadan qorunmaq üçün ediləcək ən vacib işin sosial məsafənin qorunması olduğu vurğulanıb.

Xatırladaq ki, keçən həftə koronavirus səbəbiylə qismən komendant saatının tətbiq olunduğu İngiltərədə bu günə qədər 3 min 605 nəfər həyatını itirib. 38 mindən çox insanın isə xəstəliyə yoluxduğu açıqlanıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə