Son sutka ərzində koronavirusdan ölüm üzrə ABŞ-da dünya "rekordu" qeydə alınıb

Son sutka ərzində ABŞ-da koronavirusdan 1423 nəfər ölüb. Bu, dünyada bir gün ərzində koronavirusdan ən yüksək ölüm statistikasıdır.

SİA "CNN"-ə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin ən son hesabatında qeyd edilib.

Bildirilib ki, ölənlərin sayı arataraq 7 406 nəfərə yüksəlib.

Ölkə üzrə yoluxanların ümumi sayı 276995 nəfər olub. Hər gün orta hesabla 31782 nəfərin virusa yoluxduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə