Karantin tədbirlərini genişləndirmək lazımdır Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin, koronavirusun yayılmasını saxlamaq üçün Rusiyada may ayına qədər karantin tədbirlərinin genişləndirilməsinin zəruri olduğunu söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Təhlükəsizlik Şurasının iclasında deyib.

"Bilirsiniz ki, mənim sərəncamıma uyğun olaraq aprel ayının sonunadək xüsusi tədbirlər, karantin tədbirləri görülür. Bu da koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün lazımdır. Ekspertlər də belə deyirlər", deyə Rusiya prezidenti bildirib.
Prezident əlavə edib ki, əlbəttə ki, hakimiyyət onları dinləyəcəkdir.
"Bütün işləri bu əsasda quracağıq və əsas prioritetlər - Rusiya Federasiyası vətəndaşlarının həyatı və sağlamlığını təmin etməkdir", deyə Putin bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə