Rusiya COVID-19-un pik həddini gözləyir

Rusiyanın Tibbi-bioloji agentliyinin baş infeksionisti Vladimir Nikiforov hesab edir ki, koronavirus infeksiyasının Rusiyada yeni qığılcımı 2020-ci ilin yayında başa çatacaq. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu kimi respirator xəstəliklərində əsasən yüksəliş və daha sonra enmələr olur. Bu vəziyyət təxminən 10-12 həftə davam edir. "Lakin xəstəliyin pik həddi hələ qarşıdadır, belə vəziyyət 8-10 apreldə gözlənilir", deyə Nikiforov ölkənin 1-ci kanalında bildirib.

Qeyd edək ki, Rusiyanın baş naziri Mişustunə görə də infeksiyanın pik həddi hələ keçilməyib və daha ağır ssenarini istisna etmək olmaz.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...