İspaniya İtaliyanın ötdü DƏHŞƏT

İspaniya koronavirusla yoluxma halına görə ikinci yerə çıxaraq, İtaliyanı keçdi. SİA xəbər verir ki, bu barədə Reuters İspaniyanın Səhiyyə nazirliyinə istinadən yazıb.

Ümumilikdə İspaniyada 117 710 yoluxma qeydə alınıb. Bunun nəticəsində 10 935 nəfər ölüb (gündə 932 nəfər), 30 513 nəfər pasient isə sağalıb. Son məlumatlara görə, İtaliyada ümummilikdə 115 242 yoluxma halı qeydə alınıb, lakin orada ölüm halları daha çoxdur – 14 min nəfər.

Birinci yerdə isə ABŞ-dır – 245 574 yoluxma və 6 min ölüm.

Con Hopkins universitetinin llayihəsinə görə, dünyada 1 milyon 19 min yoluxma qeydə alınıb. Koronavirusdan ölənlərin sayı isə 53,2 mindir. Pasientlərdən 212,3 mini sağalıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə