Fransız həkimlərə - sərt reaksiya

Fransada Covid-19 əleyhinə peyvəndləri müzakirə edən bir televiziya proqramına qatılan iki həkim, müayinələrin Afrikada edilməli olduğunu müdafiə edib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Paris Cochin Xəstəxanasının ICU müdiri Jean-Paul Mira "Afrikada maska ​​yoxdur, müalicə yoxdur, reanimasiya yoxdur. Bu testləri orada etməliyik. Eynilə QİÇS ilə əlaqədar testləri Afrikadakı həyat qadınları üzərində sınaqdan keçirdiyimiz kimi. Çünki bilirdik ki, onlar qorunmur və xəstəlik çox yaygındır".

Proqramın digər qonağı Fransa Milli Səhiyyə və Tibbi Tədqiqatlar İnstitutundan olan Kamille Locht, Afrikalıların subyekt olaraq istifadə edilməsi təklifinə razılığının olduğunu bildirib. Locht ayrıca Covid-19-a qarşı vərəmli BCG peyvəndinin inkişafı üçün Afrikada paralel bir araşdırma apardıqlarını söyləyib.

Həkimlərin bu dialoqları qısa müddətdə sosial medianın gündəminə çevrilib. İrqə qarşı bir birlik SOS "SOS Racisme" Fransanın radio televiziya tənzimləmə CSA (Conseil supérieur de l'audiovisuel) başında fəaliyyət göstərəcəyini elan edərkən, elm, sənət, idman və siyasət dünyasından bir çox ad bu həkimlərə reaksiya verib.

"Qalatasaray" ın keçmiş oyunçusu Didier Drogba sosial mediada yayımlanan bir yazıda "Afrika bir test laboratoriası deyil laboratoriyası" sözləri ilə reaksiyasını dilə gətirib.

Ssoyalist Partiyasının üzvü Olivier Faure, fransız tədqiqatçılarına "Afrika Avropanın laboratoriyası deyil, afrikalılar da siçan deyil" sözləri ilə reaksiya göstərib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...