Belçikada ölkənin şimalı qış, cənubu yay vaxtından istifadə edəcək

Avropa Birliyinin razılaşdırdığı yeganə saata keçid 2021-ci ildə başlayacaq. 11 milyon 500 min əhalisi olan üç bölgədən ibarət Belçikada, ölkənin şimal və cənubu fərqli qərarlar qəbul edib. Orta bölgədə olan Brüssel hər iki tərəfi məmnun etmək üçün yarım saat fərq edəcək. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Avropa Birliyi, üzv ölkələrin ildə iki dəfə saatlarını dəyişdirmələrinin qarşısını almaq üçün ölkələrin yay və ya qış arasında seçim etmələrini istəyir.

Buna görə, Avropa Birliyinə üzv dövlətlər verdikləri qərara görə ya yay vaxtını, ya da qış vaxtını bir saat olaraq qəbul edəcəklər.

Belçika tək saat məsələsində bölünüb

Belçikanın cənubunda yerləşən Vallon bölgəsi Fransa kimi yay vaxtlarında qalmağı üstün tutub. Ölkənin şimalındakı Flamand Bölgəsi Hollandiya kimi qış vaxtını tətbiq etmək qərarına gəlib.

Ölkənin Flaman bölgəsi ilə Vallon bölgəsi arasında böyük siyasi mübahisələr yaşanarkən, Brüssel nazirləri hər kəsin xoşuna gələcək bir addım atıblar. Buna görə həm Vallon, həm də Flamand bölgəsində yarım saatlıq fərq olacaq.

Yay vaxtını qəbul edən ölkələr 2021-ci ilin martında quracaqları vaxtlarla, qış vaxtını seçən ölkələr 2021-ci ilin oktyabrında quracaqları vaxtlarla davam edəcəklər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə